Sabah Bakının mərkəzi küçəsi bağlı olacaq

17:44 | 25.07.2024
Sabah Bakının mərkəzi küçəsi bağlı olacaq

Sabah Bakının mərkəzi küçəsi bağlı olacaq

Sabah saat 00:00-dan iyulun 29-u saat 07:00-a qədər Bakının Səbail rayonunun Xəqani küçəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM