Bakının bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Olimpiya stadionunun tikinti sahəsinə düşən qaz kəmərlərinin və avadanlıqların köçürülməsi ilə əlaqədar 24 may 2014-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatdırılanadək Bakının Nərimanov, Binəqədi, Sabunçu və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !