Sabah Bayramov və Mirzoyanın Blinkenlə görüşü gözlənilir

13:25 | 25.09.2024
Sabah Bayramov və Mirzoyanın Blinkenlə görüşü gözlənilir

Sabah Bayramov və Mirzoyanın Blinkenlə görüşü gözlənilir

Sentyabrıın 26-da ABŞ dövlət katibi Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək. Bu barədə Turan agentliyi yazıb.  
 
"Sabah gözlənilən danışıqlar Blinkenin üç aydan az müddətdə ABŞ-da azərbaycanlı və erməni həmkarları ilə ikinci üçtərəfli görüşü olacaq", - agentlik yazıb.
 
Azərbaycan Xarici İşlər Nazirliyi görüşün keçirilməsini təsdiqləyib.  
 
Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metu Miller bildirib ki, ABŞ hər zaman Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirtmək üçün imkanlar axtarır.  
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istiqamətində danışıqlar prosesi davam edir. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM