Sabah bəzi ərazilərdə külək əsəcək - Hava proqnozu

12:14 | 29.01.2025
Sabah bəzi ərazilərdə külək əsəcək - Hava proqnozu

Sabah bəzi ərazilərdə külək əsəcək - Hava proqnozu

Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə havanın az çiskinli olacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM