• $
  • €
  • ₽
  • ₺
  • £

“Sabah bu məsələlərin çoxu aydınlaşacaq” - İlham Əliyev

“Sabah bu məsələlərin çoxu aydınlaşacaq” - İlham Əliyev
29.10.2020 00:45
"Bunu şərh etmək mənim üçün çətindir. Yəqin ki, Ermənistanın baş nazirinin başına nələr gəldiyini qiymətləndirməkdən özümü saxlayacağam. Yəqin ki, bu cür hərbi məğlubiyyət onun vəziyyətinə təsir göstərib. Əks halda, bu cür qeyri-ardıcıllığı necə izah etmək olar. Axı, bu qeyri-ardıcıl bəyanatlar və hərəkətlər, ilk növbədə, ölkənin rəhbəri kimi onun özü üçün tamamilə irrasional və zərərli, həm də onun ölkəsi üçün təhlükəli və zərərlidir" ,  bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.

"Cənab Prezident, Siz qeyd etdiniz ki, Ermənistanın baş naziri son vaxtlar çox davakar bəyanatlar verir, bəyanatların ritorikasının özü davakardır. Lakin bütövlükdə, onun sonuncu bir neçə bəyanatını izləsək, əvvəlcə o deyirdi ki, bu münaqişənin diplomatik nizamlanması yolu yoxdur. İki gün bundan əvvəl deyib ki, Ermənistan ağrılı güzəştlərə hazırlaşmalıdır. Lakin dünən ritorika dəyişdi, Sizin dediyiniz kimi, daha davakar oldu. Siz necə hesab edirsiniz, bu, nə ilə bağlıdır?" sualını cavablandıran dövlət başçısı bildirib:

"Çoxları sual verir, bu hərbi toqquşmalar nə üçün məhz indi baş verdi? Nə üçün əvvəl olmadı? Hətta Azərbaycana qərəzli münasibət bəsləyənlər və Ermənistanı açıq dəstəkləyənlər də özlərinə bu sualı verməyə məcburdurlar. Axı, 1994-cü il atəşkəs anından 26 il keçib. Bütün bu illər ərzində toqquşmalar olub, qurbanlar olub, lakin belə miqyasda olmayıb. Birdən-birə nə baş verib? Axı, Azərbaycanda heç nə dəyişməyib. Mən 17 il nizamlamaya dair danışıqlar aparmışam. Ermənistanın əvvəlki iki prezidenti ilə biz baza prinsiplərinin razılaşdırılması üzrə kifayət qədər ciddi yol keçmişik. Buna görə də obyektiv müşahidəçilərə aydındır ki, təqsir bizdə deyil, təqsir Ermənistanın baş nazirinin bu cür qeyri-adekvat, irrasional, təhlükəli davranmasındadır. Ermənistanın əvvəlki rəhbərlərindən heç biri Azərbaycan xalqının ünvanına bu cür təhqiramiz çıxışları özünə rəva görmürdü. Onların heç biri cinayətkar Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiya təşkil etməyi özünə rəva görmürdü. Onların heç biri Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanmır, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılmasını nümayiş etdirmirdi. Onların heç biri qondarma "Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürməyə hazırlaşmırdı və sair və ilaxır. Yəni, bütün bunlar baş nazir Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələridir. Onun ölkə daxilindəki bəyanatlarını şərh etməyəcəyəm. Lakin onun nizamlama ilə bağlı məsələlərdə etdikləri Ermənistan üçün çox təhlükəlidir. Bu gün Ermənistan bunu aydın görür. Buna görə düşünürəm ki, Minsk qrupunun həmsədrləri sabah Ermənistanın xarici işlər nazirinin qarşısında məsələni dəqiq qoymalıdırlar. Başa düşürəm, o, çətin vəziyyətdədir. O, öz rəhbərinin qeyri-adekvat davranışına görə cavab verməli olur. Həqiqətən o, acınacaqlı vəziyyətdədir. O, necəsə vəziyyətdən çıxmalı, sizin qeyd etdiyiniz kimi, bu qeyri-ardıcıl hərəkətləri izah etməli olacaq. Paşinyan gah ağrılı güzəştlərdən danışır, gah deyir ki, məsələnin diplomatik həlli yoxdur, sonra deyir ki, kompromisə getməyə hazırdır, daha sonra deyir ki, Qarabağı axıra qədər müdafiə edəcək, gah deyir ki, Qarabağ Ermənistandır, sonra deyirdi ki, biz danışıqları Dağlıq Qarabağla aparmalıyıq. Yəni, bir-birini tamamilə qarşılıqlı istisna edən qeyri-adekvatlıq palitrası. Buna görə də düşünürəm ki, sabah bu məsələlərin çoxu aydınlaşacaq".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 13:17
Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Zahid Oruc: Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz
Siyasət 11:47
Zahid Oruc: Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz
XİN Pakistana başsağlığı verib
Siyasət 09:50
XİN Pakistana başsağlığı verib
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar dini təxribat və kiberhücumlarla aparılır
Siyasət 09:44
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar dini təxribat və kiberhücumlarla aparılır
XİN: Bakıda AQEM-in VII Zirvə Görüşü regional əməkdaşlıq üçün mühüm mərhələdir
Siyasət 00:01
XİN: Bakıda AQEM-in VII Zirvə Görüşü regional əməkdaşlıq üçün mühüm mərhələdir
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:43
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Siyasət 18:19
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Fidan: Türkiyənin Qara dənizlə bağlı təklifini Rusiya və Ukraynaya çatdırmışıq
Siyasət 16:40
Fidan: Türkiyənin Qara dənizlə bağlı təklifini Rusiya və Ukraynaya çatdırmışıq
Hindistan və Pakistan AQEM sammitində Kəşmir məsələsi üzrə mübahisə ediblər
Siyasət 16:01
Hindistan və Pakistan AQEM sammitində Kəşmir məsələsi üzrə mübahisə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol