Sabah cənub rayonlarının bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

00:30 | 27.07.2024
Sabah cənub rayonlarının bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Sabah cənub rayonlarının bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar iyulun 27-də bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Bu barədə "Azərişıq” ASC məlumat yayıb.

Sözügedən ərazilərə saat 10:00-dan 12:30-dək Biləsuvarda Əmənkənd qəsəbəsi və rayonun bir hisəsi, saat 10:00-dan saat 12:00 kimi Cəlilabadda rayonun bir hissəsi, Masallının Həsənli, Xırmandalı, Qarğalıq, Şəhriyar, Kürdabad, Qədirli, Dəlləkli, Köçəri kəndləri, saat 10:00-dan saat 13:00 kimi Lənkəranın Gərmətük, Aşağı Nüvədi, Şilim kəndləri, Yardımlının Gabran və Honovar kəndləri, saat 10:00-dan saat 12:00-dək Astaranın Kakalos, Kijəbə, Ərcivan, Səncərədi kəndləri, saat 10:30-dan saat 12:30-dək Lerik rayonunun bir hisəsi və Siyov kəndi daxildir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM