Sabah çimərliklərdə suyun hərarəti neçə dərəcə olacaq?

İyulun 30-da Abşeron çimərliklərində cənub-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
"Dəniz suyunun hərarəti şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° , cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26° olacaq", - məlumatda bildirilib.
www.anews.az