Sabah da yağış yağacaq

14:01 | 06.04.2020
Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Anews.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
 
Havanın temperaturu  gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda  gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.
 
Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. 
 
Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. 
 
Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir  duman olacaq. Qərb  küləyi  gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb