Sabah dəhşətli isti olacaq

14:13 | 02.07.2014
Sabah dəhşətli isti olacaq

Sabah dəhşətli isti olacaq

İyulun 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcəyədək isti olacaq.

 

Azərbaycanın rayonlarında isə sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb