Sabah dələduzluqda ittiham olunan hakimə hökm oxunacaq

19:40 | 16.03.2015
Sabah dələduzluqda ittiham olunan hakimə hökm oxunacaq

Sabah dələduzluqda ittiham olunan hakimə hökm oxunacaq

 Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməkdə təqsirləndirilən keçmiş hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın məlumatına görə, hakim Mübariz Məmmmədovun sədrliyi ilə keçirilən prosesdə sabiq hakimin vəkili Sadiq Rəsulov çıxış edərək, Həsən Əliyevə baraət verilməsini məhkəmədən istəyib. Məhkəmə prosesi sabah davam etdiriləcək. Sabahkı prosesdə cinayət işi ilə bağlı hökm elan ediləcək.

Qeyd edək ki, dövlət ittihamçısı Həsən Əliyevin 10 il, digər təqsirləndirilən şəxslərin hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.  

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM