Dekabrın 26-da ölkədə təyyarə qəzası ilə bağlı matəm günün elan olunsa da məktəblərdə dərslər ənənəvi qaydada keçiriləcək. Bu barədə anews.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Bu gün Prezident İlham Əliyev dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Baş verən hadisə nəticəsində 32 nəfərin sağ qaldığı bildirilib. Onlardan 14-nün azərbaycanlı olduğu təsdiqlənib. İlkin məlumata görə onların vəziyyəti ağırdır.
Təyyarədə ümumilikdə 67 nəfər olub.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !