Sabah dünya azərbaycanlılarına müraciət ediləcək

12:14 | 28.12.2017
Sabah dünya azərbaycanlılarına müraciət ediləcək

Sabah dünya azərbaycanlılarına müraciət ediləcək

Sabah Milli Məclisinin payız sessiyasının sonuncu plenar iclası keçiriləcək.

AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 17 məsələ daxildir.

Bunlar "Bələdiyyələrin statusu haqqında”, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Sahibkarlıq fəaliyyəti haqqında”, "Turizm haqqında”, "Yol hərəkəti haqqında”, "Dövlət qulluğu haqqında” və.s qanunlara, o cümlədən Gömrük, Miqrasiya məcəllələrinə əlavə dəyişikliklər layihəsidir.

Bundan başqa, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi yekun oxunuşda müzakirəyə çıxarılacaq, "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin edilməsi haqqında” qanun layihəsinə baxılacaq.

Sonda Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunacaq.

Qeyd edək ki, bu iclasdan sonra deputatlar tətilə çıxacaq. Tətil yanvarın 15-də bitəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM