Yanvarın 25-də Ermənistan Avropa İttifaqının müşahidə missiyasının statusu haqqında sazişin ratifikasiyası məsələsini müzakirə edəcək. Bu barədə Ermənistan mətbuatı yazıb.
Bildirilib ki, sabah ölkənin xarici işlər naziri Ararat Mirzoyan bu məsələ ilə bağlı hökumətin sabahkı iclasında çıxış edəcək.
Bundan əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib ki, Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasındakı sərhəddə mülki missiyanın sayını 138-dən 209 çatdırmağı planlaşdırır.
2023-cü ilin yanvarında Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın müddəti iki ildir. Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !