Sabah güclü külək olacaq

13:09 | 10.04.2015
Sabah güclü külək olacaq

Sabah güclü külək olacaq

Sabah Abşeron yarımadaslnda güclü külək gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 11-də Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-6˚, gündüz 7-10˚ isti olacağı gözlənilir. Aprelin 11-da Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu aran rayonlarında gecə 2-7˚, gündüz 8-13˚, dağlarda gecə 0-5˚ şaxta, gündüz 1-6˚ isti olacaq.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 10-dan 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı haqqında xəbərdarlıq etmişdi. Məlumatda şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən 5-8˚ aşağı enəcəyi, çaylarda sululuğun artacağı bildirilirdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM