Sabah gey-parad keçiriləcək

19:45 | 04.07.2014
Sabah gey-parad keçiriləcək

Sabah gey-parad keçiriləcək

Gey-paradda təxminən 150 nəfərin iştirakı gözlənilir

Kiyevdə baş tutması planlaşdırılan gey-paradın keçirilmə tarixi müəyyən olub. 

ANS PRESS-in məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdə şənbə günü səhər saatlarında gey-parad təşkil ediləcək. Nümayişin təhlükəsizliyi üçün hələki, dəqiq yer açıqlanmayıb. 

"Nümayiş hər il təşkil edilən LGBT forum və festivalı çərçivəsində həyata keçiriləcək. Gey-paradda təxminən 150 nəfərin iştirakı gözlənilir." - deyə, təşkilat komitəsinin sədri Yelena Şevçenko bildirib.

Nümayişin keçirilməsindən narahat olan milliyyətçi Azadlıq Partiyasından bəzi millət vəkili aksiyanın qadağan edilməsi barədə Kiyev bələdiyyə sədri Vitaliy Kliçkoya istəklərini çatdırıblar. Narazılıqlarını bildirən millət vəkilləri etirazlarını ölkədəki qarşıdurmalar və matəmlərlə əlaqələndiriblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb