"Sabah işdə Yasinin başına hansısa gerizəkalı, saxta diplomlu bir müdiri qoyacağıqsa..."

12:48 | 20.04.2019

"Sabah işdə Yasinin başına hansısa gerizəkalı, saxta diplomlu bir müdiri qoyacağıqsa..."

"Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır"


Mehman İsmayılov: "Gələcəkdə belə mərkəzlərin regionlarda da inşası mədəniyyətimizin inkişafında mühüm rol oynaya bilər


Azərbaycanın milli-mənəvi dəyərləri arasında muğamımızın özünəməxsus yer tutduğu şübhəsizdir. Təsadüfi deyildir ki, milli, tarixi və mədəni kimliyimiz baxımından müstəsna əhəmiyyətə malik olan muğamlarımızın təbliği həm ölkə rəhbərliyi, həm də Heydər Əliyev Fondu səviyyəsində  daim diqqət mərkəzində saxlanılan mühüm məsələlər sırasındadır. Bu baxımdan özünün 70 illiyinə hazırlaşan Sumqayıt şəhərində Muğam Mərkəzinin inşasına başlanılması yalnız şəhər miqyasında deyil, ölkə miqyasında mühüm hadisə hesab edilə bilər.

Milli-mənəvi dəyərlərimizdən biri olan muğamımızın təbliği və inkişafı baxımından Sumqayıtda Muğam Mərkəzinin inşası Mənəvi Dəyərlərimizin Təbliği Fondu tərəfindən necə dəyərləndirilir? 


Moderator.az-a açıqlama verən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov  Sumqayıtda Muğam Mərkəzinin inşasının təqdirəlayiq olduğunu bildirdi:"Dəyərlərimizin, bütövlükdə mədəniyyətimizin yaşadılması çox vacibdir. Mədəniyyətimizin ən mühüm elementlerindən biri olan muğam sadəcə bizə məxsus dəyər deyil, bütövlükdə bütün bəşəriyyətin ortaq mədəniyyətinə verdiyimiz töhfədir. Yəni, muğam bizim, həm də dünyaya xitabımızdır. Təbii ki, bu cür dəyərlərin qorunması maddi baza tələb edir. Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır.
 
Belə mərkəzlər insanlara öz dəyərlərini, tarixini, ənənələrini daha dərindən tanımağa və tanıtmağa imkan yaradır. Gələcəkdə bu cür mərkəzlərin regionlarda da inşası mədəniyyətimizin inkişafında mühüm rol oynaya bilər”.Məlumat üçün qeyd edək ki, son illər Sumqayıtda böyük tikinti-quruculuq işləri həyata keçirilməkdədir ki, bu işlərdən biri də Muğam Mərkəzinin inşasıdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən inşa edilən Muğam Mərkəzinin cari ilin noyabr ayına kimi istifadəyə verilməsi nəzərdə tutulur.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb