Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 7-10° isti, gündüz 12-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən yağmursuz olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !