Yanvarın 20-də Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, "20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın məsafələrdə yerləşən "İçərişəhər” və "Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə verilmək üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !