Sabah - 19 iyulda mərhum energetika naziri, "Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin qırx mərasimidir.
Energetika Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliyevanın Oxu.Az-a verdiyi məlumata görə, mərasim Heydər məscidində keçiriləcək.
N. Əliyev iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra edilən ilkin müdaxilə ilə həyata qaytarılıb, onun ürəyinin koronar damarlarına stend qoyulub. Natiq Əliyevin müayinə və müalicəsi üçün Bakıya Türkiyədən heyət göndərilib. Həmin heyətin dəstəyi ilə Natiq Əliyev süni tənəffüs cihazına qoşularaq, iyunun 5-də xüsusi ambulans təyyarə ilə "Florence Nightingale” klinikasına aparılıb.
"Ciddi tibbi müdaxilə ilə qan dövranının normallaşdırılması mümkün olmayan xəstəyə ürək nasosu qoşularaq ürək çatışmazlığına qarşı müalicə başlayıb. Lakin iyunun 8-də günorta saatlarında Natiq Əliyev anidən beyin insultu keçirib və dünyasını dəyişib.
Mərhum 9 iyulda Bakıya gətirilib, 10 iyulda II Fəxri Xiyabanda torpağa tapşırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !