Sabah qar yağacaq

12:58 | 15.11.2013
Sabah qar yağacaq

Sabah qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANN.Az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 16-da havanın buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək, gündüz külək mülayimləşəcək.Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 8-11, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında noyabrın 16-da arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə instensivləşəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qara və qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Aran rayonlarında gecə 5-10, gündüz 11-16 dərəcə, dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür