Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Anews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !