Sabah Sumqayıtda qazın verilişində fasilə olacaq

18:17 | 14.11.2023
Sabah Sumqayıtda qazın verilişində fasilə olacaq

Sabah Sumqayıtda qazın verilişində fasilə olacaq

Sabah Sumqayıtın bir neçə məhəllə və mikrorayonunda qazın verilişində fasilələr yaranacaq.

Bu barədə Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.

Məlumata görə, 2-ci kəmərin bağlanması ilə əlaqədar Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən "Akasiya Park” MMC-ə məxsus yaşayış binalarının qaz kəmərinin mənbəyə qoşulması ilə bağlı Sumqayıt şəhəri 3, 41, 41 A, 47, 76-cı məhəllələr, 4, 8, 9, 10, 11, 12, 17, 18-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Saat 12:00-dan etibarən işlər yekunlaşana qədər abonentlərə verilən qaz təchizatı dayandırılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb