Sabah temperatur 17 dərəcəyədək yüksələcək

14:17 | 13.04.2015
Sabah temperatur 17 dərəcəyədək yüksələcək

Sabah temperatur 17 dərəcəyədək yüksələcək

Sabahdan Azərbaycanın bəzi ərazilərində havanın temperaturu yenidən yüksələrək 17 dərəcəyə çatacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağiş yağacağı gözlənilir. Hava gün ərzində dəyişkən buyludlu, əsasən, yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Aprelin 12-də Azərbaycanın rayonlarında arabir yağış yağacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz olacaq.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 6-11 isti olacağı gözlənilıir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM