Sabah Ukraynanın taleyi həll olunacaq

23:59 | 05.03.2014
Sabah Ukraynanın taleyi həll olunacaq

Sabah Ukraynanın taleyi həll olunacaq

Avropa Birliyi martın 6-da Ukrayna ilə Assosiasiya haqda sazişin imzalanma tarixini açıqlaya bilər. ANS PRESS-in məlumatına görə, bu barədə fraksiyadan kənar millət vəkili Petr Poroşenko Kiyevdə keçirdiyi mətbuat konfransında xəbər verib.“Sabah Assosiasiya sazişinin imzalanma tarixi ilə bağlı yekun qərar verilə bilər. Yaxın günlərdə hüquqi əsaslandırma proseduru başa çatmalıdır. Hesab edirik ki, bundan sonra saziş dərhal imzalanmalıdır”, - deyə millət vəkili bildirib. Qeyd edək ki, sabah Brüsseldə Avropa Birliyinin sammiti keçiriləcək. Ukraynadakı son vəziyyət müzakirə ediləcək. Sammitdə Ukraynanı baş nazir Arseni Yasenyuk təmsil edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb