Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək

14:27 | 06.12.2017
Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək

Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək

Sabah, dekabrın 7-də Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçiriləcək.

Anews.az Report-a istinadən xəbər verir ki, konfransda iştirak edəcək təqribən 80 nümayəndənin hamısı seçilib.

Konfransda bir sıra məsələlər müzakirə olunacaq, habelə VK Rəyasət Heyətinə yeni üzvlər və sədr seçiləcək.

Son məlumata görə, Rəyasət Heyətinin sədrliyinə 4 nəfərin namizədliyi irəli sürülüb. Bunlar VK-nın sədr müavini, Kollegiyanın hazırkı sədr əvəzi Fərhad Nəcəfov, sədrin digər müavini Aydın Axundov, RH-nın üzvü Anar Bağırov və Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, vəkil Şəfayət Həsənovdur.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM