Sabah YAP-ın iclası keçiriləcək - Prezidentliyə namizəd irəli sürüləcək

10:13 | 14.12.2023
Sabah YAP-ın iclası keçiriləcək - Prezidentliyə namizəd irəli sürüləcək

Sabah YAP-ın iclası keçiriləcək - Prezidentliyə namizəd irəli sürüləcək

Yeni Azərbaycan Partiyası növbədənkənar seçkilərlə bağlı dekabrın 15-də iclas keçirəcək. Bu barədə Apa agentliyi məlumat verib. 
 
İclasın Heydər Əliyev Mərkəzində keçirilməsi gözlənilir. YAP-ın prezidentliyə namizəd irəli sürülməsi iclasın gündəliyindəki əsas məsələ olacaq. 
 
Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparat rəhbəri Tahir Budaqov bildirib ki, YAP preizdent seçkilərində namizədi İlham Əliyev olacaq. 
 
Seçkilərin digər namizədləri ilə bağlı hələlik siyahı açıqlanmayıb. 
 
Prezident İLham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-si Azərbaycanda növbədənkənar preizdent seçkiləri olacaq. 
 
Yanvarın 15-dən başlayaraq seçki ilə əlaqədar seçkiqabağı təşviqatın başlamasına start veriləcək. 
 
Bundan əvvəl deputat Fəzail Ağamalı açıqlama verərək bildirib ki, onların partiyası(Ana Vətən) İlham Əliyevin namizədliyini irəli sürəcək. 
 
Partiya rəhbərləri olan digər deputatlar isə hələlik kimin namizədliyini irəli sürəcəkləri ilə bağlı yekun qərar verməyib. 
 
Milli Məclisin sonuncu iclasında-dekabrın 8-də bir neçə deputat müxalifətə səslənərək seçkilərdə iştirak etməyə dəvət edib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM