Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Havanın temperaturu yarımadada gecə 5-7°, gündüz 8-10° isti, Bakıda gecə 5-7°, gündüz 8-10° isti təşkil edəcək.
Xəbərdarlıq.
Dekabrın 16-sı gündüzdən 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun aşağı enəcəyi, 17-də maksimal temperaturun 5-7° isti təşkil edəcəyi, 17-si gündüz bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. 18-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında dekabrın 16-da hava əsasən yağmursuz olacaq, lakin gündüzdən bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
17-19 dekabrda Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək.
Dekabrın 17-si günün ikinci yarısından 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !