Sabaha olan hava proqnozu açıqlanıb

13:52 | 24.07.2015
Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Şənbə günü - iyulun 25-də Azərbaycanda hava yağmursuz olacaq.
 
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə isti təşkil edəcək.

Tibbi metereoloji proqnoza gəlincə, iyulun 25-dən 27-dək Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM