Həftənin ilk iş günü Bakıda havanın tutqun olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 20-də havanın tutqun olacağı gözlənilir, səhər buludluğun davam edəcəyi və az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 5°, günün birinci yarısında 5°, axşama doğru 3°-dək isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcəkdir.
Azərbaycanın rayonlarında hava arabir yağıntılı keçəcəyi gözlənilir. Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-2° isti təşkil edəcəkdir.
Trend
Bizi sosial şəbəkələrdə izləyin !