Sabahdan məktəblilərin 17 günlük tətili başlayır

18:07 | 07.11.2024
Sabahdan məktəblilərin 17 günlük tətili başlayır

Sabahdan məktəblilərin 17 günlük tətili başlayır

Nazirlər Kabineti COP29 konfransının keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib.Bu barədə Məktəbqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.

Bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 23 noyabrda, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 25 noyabrda başlayacaq.

Qeyri-iş günləri istisna olmaqla, COP29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edəcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM