Sabahdan, sentyabrın 12-dən Azərbaycan Milli Məclisinin payız sessiyasının komitə iclasları başlayır.
Bu barədə "Report”a Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, sentyabrın 12-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək. İclasda "Müdafiə haqqında”, "Korrupsiyaya qarşı mübarizə haqqında”, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə ediləcək.
Payız sessiyasının ilk plenar iclasının isə sentyabrın sonunda keçiriləcəyi gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !