"Sabah"ı "Qəbələ" ilə matça kimin çıxaracağı bəlli olub

18:24 | 26.10.2021

"Sabah"ı "Qəbələ" ilə matça kimin çıxaracağı bəlli olub

"Sabah"ı "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının IX tur matçına klubun idman direktoru İqor Ponomaryov çıxaracaq.

Bu barədə Anews.az-a 61 yaşlı mütəxəssisin özü məlumat verib. Onun sözlərinə görə, komandanı qarşıdakı oyuna özü hazırlayır.
Oktyabrın 31-də keçiriləcək "Qəbələ" - "Sabah" görüşü saat 16:00-da başlayacaq.

Qeyd edək ki, oktyabrın 21-də Ramin Quliyevlə vidalaşan "Sabah"da baş məşqçi vəzifəsinə bir neçə namizəd var. Onlardan biri də son olaraq Rusiya "Krasnodar"ına başçılıq etmiş Murad Musayevdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM