Sabahın havası ilə bağlı bu şəxslərə XƏBƏRDARLIQ

14:07 | 03.06.2020
Bakıda və Abşeron yarımadasında iyunun 4-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Anews.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu   Abşeron yarımadasında  gecə 20-24, gündüz  25-27, Bakıda  gecə 20-22, gündüz  25-27 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər  bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz  31-36, dağlarda gecə 10-15, gündüz  18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 4-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM