Sabina və Samra İŞİD-ə qoşulduqlarına görə peşmandılar - FOTO

16:32 | 10.10.2014
Sabina və Samra İŞİD-ə qoşulduqlarına görə peşmandılar - FOTO

Sabina və Samra İŞİD-ə qoşulduqlarına görə peşmandılar - FOTO

Aprel ayında Avstriyanın paytaxtı Vyanada qəfildən yoxa çıxan Samra və Sabina Suriyaya getdiklərinə görə peşmandılar. 

ANN.Az-ın verdiyi xəbərə görə, “Zeitung Österreich” qəzetinə müsahibə verən 17 və 15 yaşlarındakı boşnak əsilli qızların yaxınları onların geri qayıtmaq istədiklərini deyiblər. Məktəb şagirdləri olan qızlar qaldıqları yerdən qaça bilmirlər. Qəzetə müsahibə verən qohumlar 17 yaşlı Səmranın bir çeçenlə evləndiyini, İŞİD terrorçularının baş kəsmə, işgəncə və zorakılığı qarşısında şoka düşdüyü və buna görə də evə qayıtmaq istədiyini bildiriblər. Qızlar uzun müddətdən sonra buna görə ailələriylə əlaqə saxlayıblar. İki yeniyetmə qızın hazırda İŞİD-in nəzarətinda olan Suriyanın Raqqa şəhərində olduğu güman edilir. 

Samra və Sabina aprel ayında ailəsinə "Suriyaya gedirik, cənnətdə görüşərik" mesajı qoyaraq yoxa çıxmışdılar. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti