Sabiq baş nazir azadlıqdan məhrum edildi

19:09 | 20.10.2014
Sabiq baş nazir azadlıqdan məhrum edildi

Sabiq baş nazir azadlıqdan məhrum edildi

Gürcüstanda Mixail Saakaşvilinin prezidentliyi dövründə baş nazir və daxili işlər naziri vəzifələrində çalışmış Vano Merabişvili 3 il müddətinə azadlıqdan məhrum edilib. ANN.Az-ın  APA-ya istinadən verdiyi məlumata görə, Tbilisi şəhər məhkəməsi bu qərarı Gürcüstan Birləşmiş Bankının əməkdaşı Sandro Qirqvilianinin qətli ilə bağlı cinayət işinin araşdırılması zamanı sabiq baş nazirin öz vəzifəsindən sui-istifadə etməsi ilə əsaslandırıb.

 

V. Merabişviliyə Gürcüstan CM 332-ci maddəsi ilə (xidməti vəziyyətdən sui-istifadə) 4 il,  341-ci maddəyə əsasən (xidməti saxtakarlıq) 2 il cəza kəsilib. Lakin “Amnistiya haqqında” qanuna görə, onun həbs müddəti iki dəfə azaldılaraq 3 il təşkil edib.

 

Xatırladaq ki, 2006-cı il sentyabrın 28-də Okrokan məzarlığında Gürcüstan Birləşmiş Bankının əməkdaşı Sandro Qirqvilianinin cəsədi aşkarlanıb. İstintaq zamanı onun qətlində adı hallandırılan şəxslər – DİN əməkdaşları həbs olunsa da, məhkəmə qərarından bir müddət sonra əfv olunaraq azadlığa buraxılıblar. V. Merabişvili 2013-cü il mayın 21-də saxlanılıb. Ona qarşı vəzifədən sui-istifadə etmək, aksiyalarda zorakılığa yol vermək və saxta iş yerləri açmaq ittihamı da irəli sürülüb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM