Sabiq baş nazir qızını öldürməkdə ittiham olunur

09:38 | 13.12.2013
Sabiq baş nazir qızını öldürməkdə ittiham olunur

Sabiq baş nazir qızını öldürməkdə ittiham olunur

Tailandda hökumətə qarşı davam edən etirazlar fonunda ölkənin sabiq baş naziri Abhisit Vetçaçiva qətl cinayətində ittiham olunub. ANS PRESS-in "Euronews"a istinadən verdiyi xəbərə görə, Vetçaçiva 2010-cu ildə hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı biri 14 yaşlı qız uşağı olmaqla iki nəfərin öldürülməsinə görə məsuliyyət daşıyır.Xatırladaq ki, həmin dövrdə müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş qarşıdurmalar zamanı 90-a yaxın insan ölmüşdü.Vetçaçiva hökuməti qarşıdurmalarda fəallara qarşı məhdud şərtlər altında silahdan, o cümlədən snayperlərdən istifadə etdiyini təsdiqləyib. Sabiq baş nazirin həbsi isə, ölkədə siyasi gərinliyi daha da artıra bilər.Bir qədər əvvəl hazırkı baş nazir Yinqlak Şinavatra gərginliyi aradan qaldırmaq məqsədilə müxalifət rəhbərləri ilə görüşməyə razılıq vermişdi. Lakin müxalifət tərəfdarları heç bir dialoqa getməyəcəklərini, hökumət istefa verməyincə küçə və meydanları tərk etməyəcəyini bildirib. Ötən gün axşam saatlarına qədər davam edən aksiya zamanı fəallar baş nazir qərargahının elektrik enrjisini kəsiblər və idarəyə soxulacaqlarını bildiriblər.Baş nazir bir neçə gün öncə parlamenti buraxıb və fevral ayının 2-nə seçkilər təyin edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb