Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

18:30 | 31.01.2023
Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb.
 
Bu barədə Ağstafa Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, rayonun Dağkəsəmən kənd bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
 
Belə ki, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanılıb.
 
İbtidai istintaq davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb