Dekabrın 31-i səhər saatlarında şəkərli diabetdən və ürək xəstəliyinindən əziyyət çəkən sabiq millət vəkili, xalq hərəkatının fəallarından biri Faiq Baxşəliyev dünyasını dəyişib.
Milli Məclisin sabiq deputatı, Azərbaycanın istiqlal bəyənnaməsinə imza atan şəxslərdən biri, aran bölgəsində milli-azadlıq hərəkatının aparıcı simalarından olan, 1992-1995-ci illərdə Mingəçevirin və Ağdaşın icra başçısı olmuş Faiq Baxşəliyev Mingəçevirdəki evində vəfat edib.
Mərhum doğulduğu Ağdaş rayonunun Kotavan kəndində dəfn edilib.
Qeyd edək ki, mərhum millət vəkili uzun müddət idi ki, urək xəstəliyindən əziyyət çəkirdi və bir neçə dəfə əməliyyat olunmuşdu.
AzNews.az
Bizi sosial şəbəkələrdə izləyin !