Bakının Binəqədi rayonunda gənc qadının ölümü ilə bağlı bəzi detallar məlum olub.
Anews.az-ın missiya.az-a istinadən verdiyi məlumata görə, özünü 8-ci mərtəbədən yerə atan 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova sabiq deputat Fərhad Qəribovun qardaşı qızıdır.
Qadının əmisi Fərhad Qəribov Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub.
L.Qəribova bu gün dəfn olunub. Yas mərasimində Fərhad Qəribov da iştirak edib.
Xatırladaq ki, hadisə rayonun 8-ci mikrorayon ərazisində yerləşən binalardan birində qeydə alınıb. O, yerindəcə keçinib. L.Qəribova iki uşaq anasıdır.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !