Türkiyədə sabiq millət vəkili Mustafa Bayramın evinə silahlı basqın edilib.ANS PRESS-in məlumatına görə, Türkiyənin Van vilayətindən 2 dəfə millət vəkili seçilən Mustafa Bayramın 4 mərtəbəli evinə naməlum silahlı qurup basqın edib. Evin mühafizəçiləri ilə silahlı qurup arasında insident baş verib. Nəticədə evin mühafizəçilərindən biri ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Hadisə ilə bağlı polis tərəfindən raşdırma aparılır. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !