Sabiq erməni nazirin ABŞ-dəki malikanəsi müsadirə olunub

20:37 | 08.07.2024
Sabiq erməni nazirin ABŞ-dəki malikanəsi müsadirə olunub

Sabiq erməni nazirin ABŞ-dəki malikanəsi müsadirə olunub

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki mülkü müsadirə olunaraq satışa çıxarılacaq.Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluq evin satışından əldə olunan pulun böyük hissəsinin Ermənistana qaytarılması məsələsi ilə bağlı ABŞ-nin səlahiyyətli orqanı ilə danışıqlar aparır.

ABŞ məhkəməsinin qərarı ilə həmin mülk cinayət yolu ilə əldə olunmuş əmlak hesab olunub.

Xaçatryan və oğulları Ermənistanın Cinayət Məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar.Xaçatryan əhəmiyyətli vəzifələrinə görə "super nazir” kimi tanınır. O, 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-cü ildən 2016-cı ilə qədər isə maliyyə naziri vəzifələrində çalışıb. Sabiq məmur Sarkisyanın (2008-2018-ci illər) komandasının əsas siyasi fiqurlarından olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM