Azərbaycan millisinin sabiq futbolçusu AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.
"Simurq”, "Xəzər Lənkəran”, "Rəvan”, "Zirə”, "Kəpəz” kimi klublarda forma geyinmiş Tural Cəlilov 11 yaşadək (U-11) futbolçuların çıxış etdiyi liqada Xaçmazın UGİM komandasının məşqçisi kimi cəza alıb.
35 yaşlı məşqçi dekabrın 4-də keçirilmiş "Metak” – UGİM (Xaçmaz) oyununda matçın 36-cı dəqiqəsində hakimi təhqir edib və buna görə birbaşa qırmızı vərəqə alıb.
İntizam Komitəsi buna görə onu üç oyunluq cəzalandırıb.
Daha əvvəl Azərbaycan millisinin sabiq futbolçusu Ramal Hüseynov hakimi təhqir etdiyinə görə, ona 15 oyun stadiona girişinə qadağa qoyulmuşdu.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !