ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq əməkdaşı Valeri Plam Uilson "Twitter” mikrobloqunu satın almaq üçün vəsait toplamağa başlayıb. Məqsəd ABŞ prezidenti Donald Trampın səhifəsini bloklamaqdır.
anews.az lent.az-a istinadən xəbər verir ki, vəsait toplanılması "GoFundMe” saytında aparılır.
"Donald Tramp "Twitter”də çoxlu qorxunc əməllərə yol verib. Ağdərili irqçiləri təşviq etməkdən jurnalistlərə qarşı zorakılığa çağırışlara qədər, onun "twit”ləri ölkəyə və insanlarımıza zərər vurur”, - deyə xanım Plam Uilson söyləyib. O, 1 milyard dollar toplamaq fikrindədir. P. Uilson qeyd edib ki, bu vəsait yığıldıqdan sonra şirkətin səhm paketinin önəmli hissəsini ala bilər: "Real təhlükə var ki, Trampın "twit”ləri nüvə müharibəsinə start verə bilər. Gəlin, bu, baş vermədən onun səhifəsini silək”.
Avqustun 23-ü axşam saatlarına olan məlumata əsasən, P. Uilson 6 gün ərzində cəmi 6 min dollara toplaya bilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !