Albaniyanın müxalifətçi deputatı, ictimai işlər, nəqliyyat və telekommunikasiya naziri olmuş Sokol Oldaşi dünən yol qəzasında dünyasını dəyişib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sabiq nazir öz maşını ilə gedərkən qəzaya uğrayıb. Avtomobil 10 metr hündürlükdən yerə çırpılıb.
Polislərin fikrincə, qəzaya səbəb pis hava şəraiti olub. Qeyd edək ki, paytaxt Tiranda həmin gün leysan yağış yağıb. Mərhum evli olub. Onun həyat yoldaşı və 2 oğlu var.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !