Sabiq nazirin oğlu məhkəmə qarşısında

12:27 | 10.02.2014
Sabiq nazirin oğlu məhkəmə qarşısında

Sabiq nazirin oğlu məhkəmə qarşısında

Şəki Ağır Cinayətlər Məhkəməsində ötən il yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələrlə bağlı saxlanılan şəxslərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. İnterpress.az xəbər verir ki, bu gün zərərçəkmiş qismində İsmayıllı rayonun sabiq icra başçısı Nizami Ələkbərovun qardaşı oğlu, sabiq Əmək və Əhlinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun və onun qohumu Elxan adlı şəxsin məhkəmədə iştirakı gözlənilir. Qeyd edək ki, Vüqar Ələkbərov və onun qohumu Elxan adlı şəxs dəfələrlə məhkəməyə çağırılmalarına baxmayaraq gəlmədikləri üçün məhkəmə hər iki şəxsin barəsində məcburi gətirilmə haqqında qərar çıxarıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti