Sabiq prezidentə kiber hücum

09:24 | 05.04.2015
Sabiq prezidentə kiber hücum

Sabiq prezidentə kiber hücum

Ötən ilin avqust ayında prezidentlik səlahiyyətini başa vuran Türkiyənin sabiq ölkə başçısı Abdulla Gül hakerlərin hədəfi olub.

ANS PRESS-in məlumatına görə, 2014-cü ildə səlahiyyətlərini Rəcəb Tayyib Ərdoğana verən sabiq prezident Abdullah Gülün "Tvitter” mikrobloqu tərəfindən rəsmən təsdiqlənən səhifəsi qısa müddət ərzində hakerlər tərəfindən ələ keçirilib. 

Kiber-hücumu "Börteçine Siber Tim” adlı qrup həyata keçirib. Haker qrupu 6 milyon 280 min izləyicisi olan hesabdan müxtəlif fotoşəkilllər və 6 tvit yazıblar. 

İLk hücumdan sonra geri qaytarılan hesabı hakerlər ikinci dəfə ələ keçiribər, lakin bu dəfə də onların cəhdi baş tutmayıb. 

Qeyd edək ki, Abdullah Gül 2007-ci ildən Türkiyədə prezidentlik edib. Ölkəsinin 11-ci dövlət başçısı olan Gül kariyerasında böyük addımlar atan siyasətçi olub. O, müxtəlif illərdə Türkiyənin xarici işlər naziri, baş nazir köməkçisi, baş naziri vəzifələrində çalışıb.
 
 
ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti