ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bundan öncə ali məktəbə qəbul olunsa da hicaba görə təhsil ala bilməyən keçmiş birinci xanım "İkinci bahar” proqramından yararlanıb. Belə ki, Boğaziçi Universiteti ilə Harvard Universitetinin orta yaşlıların ali təhsil alması üçün həyata keçirdiyi bu proqramın sayəsində H.Gül "İncəsənət” və "Psixologiya” sahələri üzrə təhsil alacaq.
"Öyrənməyin yaşı yoxdur. İnsan dünyaya daim oxumaq və özünü inkişaf etdirmək üçün gəlir” – deyə Hayrunisa Gül deyib. Sabiq birinci xanımın dərsləri noyabrın 18-dən başlayıb və həftədə iki dəfə keçirilir. O özünə qarşı hər hansısa ayrı-seçkilik edilməməsini də tələb edib. Bu proqramı tamamlayacağı təqdirdə Hayrunisa xanım həm Boğaziçi Universitetinin, həm də Gül kiçik oğlu Mehmet Emre Gül kimi Harvard Universitetinin sertifikatını alacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !