Sabiq rəisə hökm oxundu

17:49 | 21.05.2015
Sabiq rəisə hökm oxundu

Sabiq rəisə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. Xəlilovun barəsində barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (cəzanın şərti hesab olunması) tətbiq olunmaqla şərti olaraq bir il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2. və 341.1. (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ( Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda) maddələri ilə cinayət işi başlanıb və Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb.

İbtidai istintaq zamanı E. Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 30-da keçirilən hazırlıq iclası zamanı bu qərar dəyişdirilib. Belə ki, iclasda təqsirləndirilən şəxsin vəkili E. Xəlilovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət verib. Məhkəmə vəsatəti təmin edib və E. Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM