Müraciət edən şagirdlər Azərsun Holdinqin daxilində İT, Marketinq, Dizayn və Biznesin İnkişafı kimi müxtəlif departamentlər və şirkətlərlə yaxından əməkdaşlıq edəcəklər.
Məktəbin direktoru Francois Enslin paylaşıb: "Bu təcrübə proqramı şagirdlərimizə öz maraqlarını araşdırmaq və gələcək karyera məqsədləri barədə düşünmək üçün daha çox imkanlar yaradacaq. Sənaye mütəxəssisləri ilə birgə işləyərək, onlar fərqli sahələrdə görüş və təcrübə qazanacaqlar. Bu intensiv 4 həftəlik proqramın şagirdlərimizi necə dəyişəcəyini və onları gələcəyə daha da hazır edəcəyini görmək ümidindəyəm.”
Təcrübə proqramının bir başqa əsas faydası da şagirdin universitet müraciətlərinə əlavə edəcək dəyərinin olmasıdır. SABIS® SUN şagirdləri CV-lərində real həyat təcrübəsi ilə xüsusi bir yer tutaraq dünyanın başlıca universitetlərinə müraciətlərində digər namizədlərdən fərqlənəcəklər.
SABIS® SUN Beynəlxalq Məktəbi həmişə şagirdlərinə universitetdə və həyatda uğur qazanmaq imkanı verən üstün keyfiyyətli bir təhsil verməyə çalışır. Bu təcrübə şagirdlərin akademik mükəmməlliyi, həyata hazırlığı və özünü inkişafını tarazlaşdıran, universitetə və ondan sonra uğur qazanmalarına imkan verən yüksək keyfiyyətli təhsil vermək öhdəliyinə daha bir sübutdur.
https://youtu.be/v4Hdf5TeqqY
SABIS® SUN Beynəlxalq məktəbi haqqında:
SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) heç bir ayrı-seçkiliyə yol verməyən, bir yerdə təhsil verən, tədris fəaliyyətini ingilis dilində həyata keçirən və uşaq bağçasından 12-ci sinfə qədər olan şagirdlərə xidmət göstərən müstəqil məktəbidir.
Beynəlxalq kurrikulumun həyata keçirilməsi üçün ingilis dilini əsas tədris dili kimi istifadə edən SABIS® SUN, şagirdlərə dəyişən dünyada uğur qazanmağa kömək etmək üçün hər tərəfli bilik və həyatı bacarıqları aşılayır.
Məktəb Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılıb və Özəl Məktəblərin Milli Şurası, Beynəlxalq Təhsilin Qiymətləndirilməsi üzrə Kembric Assosiasiyası, Beynəlxalq Akkreditasiya (AI) və Orta Dövlətlər Assosiasiyasının İbtidai və Orta Məktəblər üzrə Komissiyası tərəfindən akkreditasiya olunub.
https://www.facebook.com/sabissunbaku
https://www.instagram.com/sabissuninternational.school/
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !