• $
  • €
  • ₽
  • ₺
  • £

Şabranda narkotik satan dəstə üzvləri saxlanılıb

Şabranda narkotik satan dəstə üzvləri saxlanılıb
28.07.2021 21:00
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakinləri Ayaz Yaqubov, Anar Vəliyev və Ramin Atakişiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun  verdiyi məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ayaz Yaqubovun yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı çətənə bitkiləri, evin zirzəmisindən isə tərkibində narkotik maddələr olan qurudulmuş marixuana və kustar üsulla hazırlanmış heroin və elektron tərəzi aşkar olunaraq götürülüb.

Bundan başqa Ayaz Yaqubovun evində qonaq olmuş Şabran rayon sakini Anar Vəliyevin üzərinə baxış zamanı tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Bununla yanaşı Ayaz Yaqubovun evində qonaq olmuş Şabran rayon sakini Ramin Atakişiyevin yaşadığı evə keçirilən baxış zamanı çətənə (kannabis) bitkisi və isə tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol